TapUp

Maşınınızın yanındakı hər kəs sizə xəbər verə bilsin.

TapUp avtomobil üçün QR və NFC stikerdir. Kimsə skan edəndə nömrənizi görmədən sizə hazır mesaj göndərir: keçidi bağlayıb, faraları yanılı qalıb, təkəri boşalıb.

15 ₼ · çatdırılmada nağd ödəniş · BakıStikeri necə bağlayıram?

Necə işləyir

1Stikeri alın

Bakıda çatdırılma ilə və ya tərəfdaş mağazalardan. Satıcı satışı TapUp-a bildirir və stiker bir neçə dəqiqəyə aktivləşir.

2Skan edib profilinizə bağlayın

Aktiv stikeri ilk dəfə skan edəndə o, hesabınıza bağlanır. Modeli və rəngi yazırsınız, istəsəniz sosial hesablarınızı da.

3Mesajları alın

Kimsə skan edəndə seçdiyi hazır mesaj TapUp-da və ayda 5 dəfə pulsuz WhatsApp-da gəlir.

Nömrəniz heç vaxt görünmür

Yalnız hazır mesajlarSkan edən şəxs sərbəst mətn yaza bilmir, yalnız siyahıdan seçir.
Siz nə göstərəcəyinizi seçirsinizAdınız və şəkliniz ilkin olaraq gizlidir. Stiker səhifəsində «TapUp istifadəçisi» görünür.
Şifrələnmiş yazışmaDostlarınızla çatınız şifrələnir, adminlər oxuya bilmir.

Sifariş

Stokda var
Avtomobil stikeri

60 × 40 mm, hava şəraitinə davamlı vinil, QR və NFC. Şüşənin xaricinə və ya yan şüşəyə yapışdırılır.

15 ₼
TezlikləNövbəti: ev heyvanı nişanı və əşya etiketi

Tez-tez verilən suallar

Skan edən şəxs nömrəmi görür?

Xeyr. Qeydiyyat nömrəniz heç yerdə göstərilmir. Mesaj TapUp-a gəlir, istəsəniz WhatsApp-a bildiriş gedir.

Telefonda tətbiq lazımdır?

Xeyr. QR və ya NFC adi brauzerdə səhifə açır, qeydiyyat tələb olunmur.

NFC şüşədən işləyir?

Adətən bəli, amma istilik əks etdirən şüşələrdə işləməyə bilər. Ona görə stikeri şüşənin xaricinə və ya yan şüşəyə yapışdırmağı tövsiyə edirik; QR hər halda işləyir.

Ödəniş necədir?

Çatdırılmada nağd. Çatdırılma haqqını sifarişdən sonra sizinlə WhatsApp-da dəqiqləşdiririk.

Stikeri aldım, amma «hələ aktivləşdirilməyib» yazır?

Mağazadan alınan stiker satıcı satışı TapUp-a bildirəndən sonra aktivləşir. Adətən bir neçə dəqiqə çəkir. Gecikərsə, bizə yazın.